“Bakı Caz Festivalı – 2022” başa çatıb

“Bakı Caz Festivalı – 2022” başa çatıb.

“Report” xəbər verir ki, festival Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə yekunlaşıb.

Konsertdə çıxış edən israilli musiqiçi Yoqef Şetrit Azərbaycanın İsraildə səfirliyinin açılışından və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsindən danışıb.

Proqramda iştirakçıların çıxışlarından və beynəlxalq münsiflər heyətinin qərarından sonra qaliblərin adları açıqlanıb:

Alade Vilson – vokal – 1-ci yer (Nigeriya)

Rüstəmzadə Əli – fortepiano – 2-ci yer (Azərbaycan)

İslamov Aslan – tuba – 3-cü yer (Azərbaycan).

ƏvvəlkiPrezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib
NövbətiYeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib