“Bakı-2023”: Əliəskər Əliyev dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan taekvondoçusu Əliəskər Əliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşıb. Rəqibini məğlub edən taekvondoçumuz səkkizdəbir final mərhələsinə yüksəlib.

Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) 1/16 final mərhələsində belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib.

Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib.

Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.

ƏvvəlkiAzərbaycan təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir – Bayden
Növbəti“Bakı Enerji Həftəsi”nin iştirakçılarına