AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusilə Avropa İttifaqının proqramlarında birgə iştirak, qida mühəndisliyi və energetika sahələrində tələbə hazırlığı və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

ƏvvəlkiÖzbəkistanda “Nümunəvi ailələrə” xüsusi döş nişanları veriləcək
Növbəti“Maliyyəçisən” təcrübə proqramı başa çatıb