“Azercell Telecom” SMS tariflərini 2 dəfə artırır

“Azercell Telecom” MMC  sabahdan fakturalı və fakturasız (Sim Sim) abunəçilər üçün SMS tariflərini orta hesabla 2dəfə artırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin abunəçilərə müraciətində bildirilir.

Məlumata görə, fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim””, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər SMS-in qiyməti 2 qəpik və yaxud 67% artırılaraq 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri çərçivəsində isə hər SMS-in qiyməti isə 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib.

Xatırladaq ki, “Azercell Telecom” bu ilin əvvəlindən Türkiyə və Gürcüstanda roaminqdə istifadə edilən interneti də 80% bahalaşdırıb.

Əvvəlki2018-ci ildə 39 748 “E-imza” sertifikatı istifadəyə verilib
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub