PZR testinin nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, “e-Təbib” mobil tətbiqi vasitəsilə nəticəni öyrənmək olar

Bəzi hallarda koronavirusa yoluxan şəxslər yeddigünlük təcrid müddətini başa vursalar da, onların telefonuna yaşayış yerini tərk edib-etməməsi ilə əlaqədar SMS gəlmir. Belə hallarda vətəndaşlar evdən çıxmalarına icazə olub-olmadığını bilmirlər.

AZƏRTAC xəbər verir ki, TƏBİB-in nümayəndəsi Elnarə Baxışın sözlərinə görə, vətəndaşların telefonuna PZR testinin nəticəsi ilə bağlı SMS daxil olmayıbsa, bu zaman həmin şəxslər telefonlarına “e-Təbib” mobil tətbiqini yükləməli, daha sonra şəxsi kabinet menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlamalıdırlar. Yoxlama zamanı şəxsin şəkli qırmızı rənglə haşiyəyə alınıbsa və şəklin altında “Siz COVID-19 virusuna yoluxmuşsunuz” ifadəsi qeyd olunubsa, bu, həmin şəxsin karantin müddətinin davam etdiyini göstərir. Əgər həmin ifadə şəklin altında qeyd olunmayıbsa, eyni zamanda, şəkil bənövşəyi və ya yaşıl rənglə haşiyəyə alınıbsa, bu, o deməkdir ki, həmin şəxsin karantin müddəti başa çatıb.

ƏvvəlkiBudapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır
NövbətiOmbudsman beynəlxalq ictimaiyyətə çağırış edib