“Azad Müəllimlər” İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi

Bu gün, iyul ayının 01-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 33 № li Zəngilan rayon tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad Müəllimlər” İctimai Birliyinin həyata keçirdiyi “Distant təhsillə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti təlim keçrildi. Təlimçilər Nüşabə Mehtiyeva, Sədaqət Məmmədova İKT vasitəsi ilə sərbəst distant təhsilin təşkili istiqamətində müəllim, şagird və valideynlərin bilik, bacarıq və vərdişlərinin formalaşmasını zəruri edən birgə fəaliyyət mexanizminin yolları haqqında təlim iştirakçılarına zəruri biliklər və əhəmiyyətli məlumatlar verdirlər.
Xatırladaq ki, 2 təlimçi tərəfindən şagirdlər, müəllimlər və valideynlər üçün eyni anda 2 təlim verildi. 50 nəfər iştirakçı hər birində 25 nəfər olmaqla 2 qrupa bölündü. Təlim hər qrupda 15 müəllim, 5 valideyn və 5 şagird olmaqla 3 saat davam etdi. Təlimin sonunda nümunə dərsi verildi və iştirakçılar arasında sorğu aparıldı.

Xeberdar.net

“Azad Müəllimlər" İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi
“Azad Müəllimlər" İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi
“Azad Müəllimlər" İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi

ƏvvəlkiG20 zirvəsi – dünyanın başını qatan daha bir toplantı – ŞƏRH
NövbətiRusiyadan 10 min ədəd qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb