Rusiyadan 10 min ədəd qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 min ədəd “HEETS turquoise label” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki“Azad Müəllimlər” İctimai Birliyinin layihəsi çərçivəsində növbəti təlim keçirildi
NövbətiAzərbaycan Hindistanın İKT təcrübəsindən yararlanmaq niyyətindədir