“Azərsu”ASC-nin idarə rəisi koronavirusdan öldü

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVID-19 virusundan dünyasını dəyişib.

Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib: “Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib”.

ƏvvəlkiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək
NövbətiPrezident İlham Əliyev Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb