Azərbaycanlı alpinist İsrafil Aşurlu Makalu zirvəsini fəth edib

Everest zirvəsini və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurlu Nepalda yerləşən Makalu zirvəsini fəth edərək Azərbaycanın Bayrağını dalğalandırıb.

AZƏRTAC xəbər verir ki, hündürlüyü 8 min 485 metr olan Makalu səkkizminlik zirvələr arasında ən çox çətinlik yaradan dağ hesab olunur və ekspedisiyaların ancaq 30 faizi uğur qazana bilir.

Bu, İ.Aşurlunun fəth etdiyi sayca altıncı səkkizminlik zirvədir.

Qeyd edək ki, İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m) zirvələrinə çıxıb, keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edərək “Qar bəbiri” fəxri adını qazanan ilk azərbaycanlıdır.

ƏvvəlkiMoskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub
NövbətiBeynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub