Azərbaycanlı alim Qazaxıstan Milli Universitetində mühazirə oxuyub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin (QMU) şərqşünaslıq fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, alim həmin fakültənin tələbələri qarşısında “Azərbaycan ədəbiyyatı: klassiklər və müasirlər” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin Azərbaycan şərqşünaslıq elminin nailiyyətlərindən danışıb və tələbələrin suallarını cavablandırıb.

Görüş qazaxıstanlı alimlərlə işgüzar müzakirələrlə davam edib.

Qeyd edək ki, QMU-nun şərqşünaslıq fakültəsi Qazaxıstanda yüksəkixtisaslı şərqşünas mütəxəssislərin hazırlanması üzrə ən aparıcı mərkəzlərdən biridir. Şərq dillərini, həmçinin ərəb və farsdilli ədəbiyyatı dərindən öyrənən bu fakültə XX əsrin 70-ci illərində yaradılıb.

ƏvvəlkiAzərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin 5-ci iclasında iştirak edəcək
NövbətiBakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı işə başlayıb