Azərbaycanın xarici işlər naziri belaruslu həmkarının vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Belarus Respublikasının xarici işlər naziri V.V.Makeyin vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

ƏvvəlkiBelarusun xarici işlər naziri ölüb
NövbətiSerbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır