Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq

“Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır”.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

“Seçkilər dünyanın əksər ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində keçirilən normal prosesdir. Onların beynəlxalq standartlara uyğun keçiriləcəyi gözlənilir. Bu baxımdan Azərbaycanın ATƏT DTİHB və AŞPA beynəlxalq müşahidəçilərini seçkilərə dəvət etməsini alqışlayırıq”, – səfir deyib.

K.Yankauskas qeyd edib ki, Aİ əvvəl olduğu kimi, Azərbaycanın yeni parlamenti ilə də işləməyə hazırdır.

ƏvvəlkiGürcüstan MSK parlament seçkilərini izləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək
NövbətiHəzi Aslanovun 110 illik yubileyi münasibətilə tədbir keçirilib