Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 9 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Lüksemburqda keçirilən “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb.

Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.

ƏvvəlkiGörkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 113 il ötür
NövbətiBeynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib