Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır

Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Bu vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq.

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.

ƏvvəlkiAzərbaycan qazının Bolqarıstana sınaq tədarükünə başlanılıb
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib