Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 30-na nisbətən 2,3 milyon ABŞ dolları və yaxud, təxminən, 4,5% artaraq 53,1 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

ƏvvəlkiAzərbaycanda iyunda dövlət xətti ilə 242 ipoteka krediti verilib
NövbətiPrezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi