Azərbaycanda vaksinasiya prosesi başlayıb

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavinləri Viktor Qasımov, Elsevər Ağayev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevaya peyvənd olunublar.

ƏvvəlkiAzərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
NövbətiBaş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib