Azərbaycanda sutka ərzində koronavirusa 733 nəfər yoluxub

Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 733 nəfər yoluxub, 265 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 239 min 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 726 nəfər müalicə olunaraq sağalıb, 3276 nəfər vəfat edib. Aktiv xəstə sayı 5690 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 701 min 181 test aparılıb. Bugünkü test sayı isə 10470-dir.

ƏvvəlkiBitkoinin qiyməti 59.700-ü ötüb
NövbətiGəncədə maskalı şəxs oyuncaq tapanca ilə çörək sexinə basqın edib