Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 694 nəfər müalicə olunaraq sağalıb, 9 708 nəfər vəfat edib. 132 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 079, bu günə qədər isə ümumilikdə 6 805 563 test icra olunub.

ƏvvəlkiCüdo üzrə Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək
NövbətiGəncə şəhərindədə Balaca şahidər müsabiqəsinin qalibləri mükafatlandırıldı