Azərbaycanda peyvənd olunanların sayı 500 mini keçdi

Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

ƏvvəlkiCüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb
NövbətiAzərbaycanda koronavirusa daha 1690 yoluxma faktı qeydə alınıb