Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 48 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1189 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 653 min 74 test aparılıb. Bugünkü test sayı isə 8162-dir.

ƏvvəlkiMəktəb direktorunun katibənin maaşını mənimsəməsi ilə bağlı cinayət işi açılıb
Növbəti“Avro-2020”: Belçika millisi növbəti mərhələyə vəsiqə qazanıb