Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 551 nəfər müalicə olunaraq sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5142 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7807-dir.

ƏvvəlkiRamin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi
NövbətiErmənistanın AŞPA-dakı nümayəndə heyətinin qurumun qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib