Azərbaycanda koronavirusdan 226 nəfər sağalıb, 191 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 226 nəfər müalicə olunaraq sağalıb, 191 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib. Aktiv xəstə sayı 2322 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 485 min 483 test aparılıb. Bugünkü test sayı isə 7260-dır.

Əvvəlkiİqtisadi Şurası haqqında Əsasnamə təsdiqləndi
NövbətiÖzbəkistan 2023-cü ildən Latın qrafikasına keçəcək