Azərbaycanda koronavirusdan 201 nəfər sağalıb, 115 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 201 nəfər müalicə olunaraq sağalıb, 115 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 22 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224 min 961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib. Aktiv xəstə sayı 2905 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 446 min 300 test aparılıb. Bugünkü test sayı isə 6582-dir.

ƏvvəlkiDiplomatik korpusun nümayəndələri Cəbrayıl və Zəngilanda Ermənistanın törətdiyi vəhşilikləri gözləri ilə görüblər
NövbətiAzərbaycanda 65 min nəfər peyvənd olunub