Azərbaycanda koronavirusdan 102 nəfər sağalıb, 44 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 102 nəfər müalicə olunaraq sağalıb, 44 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib. Aktiv xəstə sayı 2689 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 456 min 650 test aparılıb. Bugünkü test sayı isə 3567-dir.

ƏvvəlkiBakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü belə çıxarıldı
Növbəti“Baku Medical Plaza”da yanğın baş verib