Azərbaycanda koronavirusa yoluxanların sayı 521-ə çatıb

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalarda müalicələrdə alanların sayı açıqlanıb.

Bu barədə Türk.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

ƏvvəlkiHərbi qulluqçular yeni mənzillərlə təmin olunub
NövbətiHeydər Əliyev Mərkəzindən “COVID-19″un geniş yayıldığı ölkələrə dəstək