Azərbaycanda koronavirusa daha 517 yoluxma faktı qeydə alınıb, 305 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 517 yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 min 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib. Aktiv xəstə sayı 6818 nəfərdir.

Ötən müddət ərzində 456 min 215 test aparılıb. Bugünkü test sayı isə 6980-dir.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranlarını təbrik edib
NövbətiTaksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik