Azərbaycanda koronavirusa daha 128 yoluxma faktı qeydə alınıb, 140 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirusa daha 128 yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib. Aktiv xəstə sayı 2289 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 501 min 845 test aparılıb. Bugünkü test sayı isə 6647-dir.

ƏvvəlkiPrezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar
Növbəti“Karabakh is Azerbaijan”: “Shusha Cup” turnirinin qalibləri müəyyənləşib