Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1454 nəfər müalicə olunaraq sağalıb, 558 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 328 min 159 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 309 min 771 nəfər müalicə olunaraq sağalıb, 4726 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 662 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 353 min 167 test aparılıb. Bugünkü test sayı isə 7155-dir.

ƏvvəlkiŞuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
NövbətiÖlkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 727 min 510-na çatıb