Azərbaycanda koronavirusa 418 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1095 nəfər müalicə olunaraq sağalıb, 418 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 321 min 798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 294 min 784 nəfər müalicə olunaraq sağalıb, 4580 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 min 434 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 267 min 835 test aparılıb. Bugünkü test sayı isə 5180-dir.

ƏvvəlkiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib
NövbətiTürk Şurasının Azərbaycan dilində qısametrajlı yeni tanıtım filmi yayımlanıb