Azərbaycanda koronavirusa 2392 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1063 nəfər müalicə olunaraq sağalıb, 2392 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 268 min 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 240 min 870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib. Aktiv xəstə sayı 24196 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 916 min 745 test aparılıb. Bugünkü test sayı isə 15585-dir.

ƏvvəlkiPaytaxtın rayonları arasında koronavirusa ən yüksək yoluxma göstəricisi Binəqədidə qeydə alınıb
Növbəti“Facebook”un yarım milyarddan çox istifadəçisinin şəxsi məlumatları yayıldı