Azərbaycanda koronavirus infeksiyasına daha 2597 yoluxma faktı qeydə alınıb, 1354 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2597 yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 83 min 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 59 min 465 nəfər müalicə olunaraq sağalıb, 1053 nəfər vəfat edib. Aktiv xəstə sayı 23476 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 562 min 442 test aparılıb. Bugünkü test sayı isə 12874-dür.

ƏvvəlkiAzərbaycanda xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb
NövbətiOrxan Səfərov Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq