Azərbaycanda koronavirus infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 242 min 491 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3 min 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 546 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 736 min 493 test aparılıb. Bugünkü test sayı isə 10 min 23-dür.

ƏvvəlkiMüdafiə naziri təlimlər çərçivəsində Hərbi Hava Qüvvələrinin birləşmiş komanda məntəqəsində olub
NövbətiQazaxıstanda zəlzələ olub