Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 149 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 339 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965, bu günə qədər isə ümumilikdə 7 milyon 434 min 660 test icra olunub.

ƏvvəlkiGələn ay Türkiyədə beynəlxalq qaz konfransı keçiriləcək
NövbətiAlmaniya müharibə başlayandan Ukraynaya 12 milyard avrodan çox yardım edib