Azərbaycanda daha 2 372 nəfər COVID-19-a yoluxub, 34 nəfər ölüb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 372 yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 511 nəfər müalicə olunaraq sağalıb, 6 065 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 840 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 215, bu günə qədər isə ümumilikdə 4 639 460 test icra olunub.

Əvvəlkiİranın qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olduğu maşınlarının sayı məlum olub
NövbətiAzərbaycanda bu gün 64 min 520 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub