Azərbaycanda daha 167 nəfər koronavirusdan sağalıb, 124 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 836 908 test icra olunub.

ƏvvəlkiTanınmış azərbaycanlı vokal sənətçisi Bakıda dəfn ediləcək
NövbətiXİN: Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyə son qoymalıdır