Azərbaycanda daha 1 681 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozaya yaxın peyvənd vurulub
NövbətiAzərbaycanda elektrik enerjisinin və təbii qazın qiyməti dəyişdirilib