Azərbaycanda COVID-19-dan daha 1682 nəfər sağalıb, 633 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 1682 nəfər müalicə olunaraq sağalıb, 633 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 224 min 50 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 207 min 88 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 72 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 259 min 555 test aparılıb. Bugünkü test sayı isə 9264-dür.

Əvvəlki“Azərxalça”nın rəhbəri həbs edildi
NövbətiDiyarbəkirdə atışma zamanı bir türk əsgəri şəhid olub, yaralananlar var