Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 1 milyonu ötüb

Azərbaycan Respublikasında daha 43 min 499 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 min 992, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 15 min 507 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 25 min 790-na bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfərdir.

Əvvəlki“Bakı Fond Birjası” üzvlərini mükafatlandıracaq
NövbətiAzərbaycanlı gənc eyni vaxtda ABŞ və Kanada universitetlərinə qəbul oldu