Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 8 milyon 350 min 575-dir

Sentyabrın 27-də Azərbaycanda 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 350 min 575, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 713 min 775, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 636 min 800 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada koronavirus infeksiyasından 1241 nəfər sağalıb
NövbətiSahibə Qafarova: “Zəngəzur dəhlizinin açılması Türk dünyasının tranzit və ticarət potensialına töhfə verəcək”