Azərbaycanda COVID-19 əleyhinə iki doza peyvənd vurduranların sayı 4 milyona yaxınlaşıb

Oktyabrın 4-də Azərbaycanda 1061 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 738 min, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 808 min 374, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 929 min 626 nəfər təşkil edir.

ƏvvəlkiAzərbaycanın daha bir güləşçisi medal qazanıb
NövbətiGürcüstan və Türkiyə hərbi əməkdaşlığı müzakirə edib