Azərbaycanda bu günə qədər koronavirusa qarşı 6 milyon 689 min 31 vaksin vurulub

Avqustun 30-da Azərbaycanda 1225 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 689 min 31, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 43 min 744, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 645 min 287 nəfər təşkil edir.

ƏvvəlkiTürkiyə ordusu 16 terrorçunu zərərsizləşdirib
NövbətiAtlantik okeanında “Keyt” tropik qasırğası meydana gəlib