Azərbaycanda 1 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 950 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 587, bu günə qədər isə ümumilikdə 6 869 996 test icra olunub.

ƏvvəlkiUNESCO-nun İpək Yolu Proqramı çərçivəsində müsabiqəyə layihə qəbulu davam edir
Növbəti28 mayda “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası təsis olunacaq