“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası olub

İyunun 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və şuranın, eləcə də ASCO-nun İdarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq cəmiyyətin 2022-ci il üzrə audit olunmuş, konsolidə edilmiş maliyyə hesabatları təqdim olunub. Geniş müzakirələrdən sonra hesabat Müşahidə Şurası tərəfindən yekdilliklə qəbul olunub.

İclasda, həmçinin cəmiyyətin 2022-ci il üzrə büdcəsinin icrası və idarəetmə hesabatı Müşahidə Şurası tərəfindən bəyənilərək qəbul olunub, ASCO-nun qiymət siyasəti, 2023-cü il üzrə Strateji tədbirlər planı təsdiq edilib.

İclasda ASCO-nun cari fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

ƏvvəlkiMilli Qurtuluş Gününə həsr edilmiş stolüstü tennis turniri keçirilib
NövbətiAlmaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır