Azərbaycan V Beynəlxalq Qadın və Ədalət Zirvəsində təmsil olunacaq

Azərbaycan 4-5 noyabr tarixlərində İstanbulda “Mədəni kodlar və Qadın” mövzusunda keçiriləcək 5-ci Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, Zirvədə ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Fəaliyyət Planının imzalanması gözlənilir.

ƏvvəlkiPutin Ərdoğanla Soçi görüşündən danışıb
NövbətiPutin Rusiyanın “taxıl sazişi”nə qayıtmaq şərtini açıqlayıb