Azərbaycan və Türkmənistan arasında fiber-optik rabitə xəttinin çəkilişi iki ilə başlaya bilər

Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.

“Report” xəbər verir ki, bu barədə TASS-a “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.

“Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, – o, bildirib.

Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .

ƏvvəlkiSıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalanıb
NövbətiFTX kriptovalyuta birjası iflas olduğunu elan edib