Azərbaycan və Özbəkistan XİN başçıları strateji tərəfdaşlıqla bağlı məsələləri müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla strateji tərəfdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Özbəkistan naziri Azərbaycan Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.

Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Əvvəlkiİsrail Prezidenti mayın 30-da Azərbaycana səfər edəcək
Növbətiİbrahim Kalın: “Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”