Azərbaycan və Ermənistan XİN müavinləri etimad quruculuğu məsələlərini müzakirə ediblər

Fevralın 24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

ƏvvəlkiAzərbaycan-Türkiyə parlamentlərarası münasibətləri müzakirə edilib
NövbətiBahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib