Azərbaycan türklərinin komandası “Traktor” İran kubokunun qalibi oldu

Futbol üzrə İran kubokunun qalibi müəyyənləşdi. “Traktor” İran kubokunun qalibi oldu.

Apasport.az saytının məlumatına görə, bu gün final oyunu keçirilib.

Tehrandakı “Azadi” stadionunda baş tutan həlledici görüşdə yerli komanda “İstiqlal”la “Traktor” üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. “İstiqlal”ın gücü fasilədən sonra fərqi minimuma endirməyə çatıb.

Beləliklə, rəqibi üzərində 3:2 hesablı qələbə qazanan “Traktor” 5-ci dəfə iştirak etdiyi İran kubokunun finalında 2-ci qələbəsini qazanıb. Təbrizlilər buna qədər 2014-cü ildə həmin titula yiyələnmişdi. Komanda 1976, 1995 və 2017-ci ildəki həlledici matçda isə məğlub olub.

12-ci dəfə finalda oynayan “İstiqlal” 5-ci yenilgisini alıb.

ƏvvəlkiAzərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində final mərhələsinə yüksəlib
NövbətiBakıda tıxac səbəbindən taksidə uşaq dünyaya gəldi