Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəlib

Minifutbol üzrə “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

“Report” xəbər verir ki, rəqib Albaniyanın “Prestij” kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın “Volta” klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran “Birbaşa Bakı” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

ƏvvəlkiCüdoçularımız Avropa çempionatının ilk günündə 3 medal qazanıblar
NövbətiNigeriya müxalifəti prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir