Azərbaycan təmsilçiləri batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında 4 medal qazanıblar

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklərin yarışında da hamıdan güclü olduğunu sübut edib.

Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin böyüklər arasında gümüş medal qazanıb. Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib olublar.

ƏvvəlkiBakı-Naxçıvan-Bakı aviareysləri üzrə güzəştlər azaldılıb, biletin qiyməti 60 manat olub
NövbətiBakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib